Fridrix Merz: Almanlarda dərin müharibə qorxusu var

Almaniya kansleri Fridrix Merz almanların dərin köklü müharibə qorxusunun olduğunu, lakin bununla razılaşmadığını deyib.
AFN.az xəbər verir ki, o bu barədə "Süddeutsche Zeitung" qəzetinə müsahibəsində danışıb. “Əhalimizin bir hissəsində dərin köklü müharibə qorxusu var. Mən bunu bölüşmürəm, amma bunu başa düşürəm”, - deyə hökumət başçısı bildirib. Onun sözlərinə görə, prinsip etibarilə sülhə gedən bütün yolları axtarmaq düzgündür.
“Bir ölkə olaraq biz yalandan Avropada sülhün əbədi olacağına və avtomatik olaraq veriləcəyinə inanırdıq. Almaniya, xoşbəxtlikdən, onilliklər ərzində müharibə yaşamalı olmayıb. Bu, öz-özünə aydınlaşası vəziyyət deyil və biz bu mövzunu daim müzakirə etməliyik”, - deyə kansler qeyd edib.