ABŞ Ukraynaya silah tədarükünü dayandırır – NATO narahatdır


ABŞ-ın NATO müttəfiqlərindən biri Vaşinqtona təzyiq göstərməyə çalışır ki, Amerika hakimiyyəti Kiyev hakimiyyətinə bir sıra silahların tədarükünü dayandırmaq qərarına yenidən baxsın.



AFN.az xəbər verir ki, bu barədə adı açıqlanmayan avropalı rəsmiyə istinadən "Bloomberg" agentliyi məlumat yayıb.



Mənbə bildirir ki, ABŞ-ın silah tədarükünü dayandırmaq qərarı Ukrayna və onun müttəfiqlərini təəccübləndirib.



Bundan əvvəl “The New York Times” ABŞ-ın Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemli raketlərinin, yüksək dəqiqlikli döyüş sursatlarının, “Hellfire” idarə olunan raketlərinin, “Stinger” portativ raket sistemlərinin və bir sıra digər silahların tədarükünü dayandıracağını bildirib.



Bütün bunların fonunda Ukrayna Xarici İşlər Nazirliyi tədarükün dayandırılması ilə bağlı məlumatları müzakirə etmək üçün artıq ABŞ-ın Kiyevdəki müvəqqəti işlər vəkili Con Qinkeli çağırıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu