Bayden administrasiyası Kiyevə 1,25 milyard dollarlıq silah paketi ayıracaq

ABŞ prezidenti Co Bayden administrasiyasının gələn həftə elan etmək niyyətində olduğu Kiyev hakimiyyətinə yeni silah paketinin məbləği 1,25 milyard dollar təşkil edəcək.
AFN.az xəbər verir ki, bu barədə "Associated Press" mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Kiyev üçün yeni silah paketinə çoxlu sayda sursat, o cümlədən NASAMS və HAWK zenit-raket kompleksləri daxil olacaq. Bundan başqa, Amerika hakimiyyəti Ukraynaya “Stinger” insan daşına bilən zenit-raket komplekslərini və 155 mm və 105 mm-lik artilleriya mərmilərini ötürmək niyyətindədir.
Amerika hakimiyyətinin bazar ertəsi Ukraynaya yeni silah tədarükünü elan edəcəyi gözlənilir.