Avropa Parlamenti Rusiya əleyhinə qətnamə qəbul etdi
Avropa Parlamentində Rusiya əleyhinə qətnamə qəbul edilib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, sənəd Avropa İttifaqı (Aİ) ölkələrindən Ukraynaya bütün növ silahların tədarükünü nəzərdə tutulur. Buraya döyüş təyyarələri, helikopterlər və raket sistemləri daxildir. Səs çoxluğu ilə qəbul olunan qətnamə silah tədarükünü artırmağa və bu prosesi sürətləndirməyə çağırır.
Avropa Parlamentinin qəbul etdiyi sənəddə Ukraynanın Rusiyanı nəyin bahasına olursa-olsun məğlub etməsi əsas vəzifə kimi qoyulub. "Buna Ukraynaya istisnasız olaraq bütün növ silahların tədarükünü durmadan artırmaqla nail olmaq olar" - deyə vurğulanır.
Sənəd müəllifləri Ukrayna üzrə xüsusi tribunalın yaradılmasının, həmçinin Kiyevin maraqları çərçivəsində Rusiyaya qarşı sanksiyaların daha da genişləndirilməsinin, Rusiya aktivlərinin müsadirə edilməsinin vacibliyini önə çəkiblər.
Səsvermədə qətnamənin lehinə 444 nəfər səs verib. 26 deputat isə qətmanənin əleyhinə olduğunu nümayiş etdirib.