Qətər: İranın hücumunun qarşısı alındı, itki yoxdur


Qətər Müdafiə Nazirliyi İranın Əl-Udeyddə yerləşən ABŞ Hava Bazasına raket hücumunun qarşısının alındığını və insan itkisinin olmadığını açıqlayıb.



Nazirliyin yaydığı yazılı bəyanatda Qətərin hava məkanının, ərazisinin təhlükəsiz və Qətər ordusunun isə istənilən təhdidə qarşı tədbir görməyə hazır olduğu bildirilib.



Açıqlamada “Qətər hava hücumundan müdafiə qüvvələri Əl-Udeyd Hava Bazasına yönəlmiş raket hücumunun qarşısını uğurla alıb. Hadisə nəticəsində heç bir can itkisi və ya xəsarət qeydə alınmayıb” deyə qeyd edilib.



Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Macid əl-Ənsari də sosial media hesabında paylaşdığı açıqlamada İran İnqilab Keşikçiləri tərəfindən Əl-Udeyd Hava Bazasına edilən hücumu sərt şəkildə qınadıqlarını bildirib.



Əl-Ənsari qeyd edib ki, Qətər bu hücumu öz suverenliyinə, hava məkanına, beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə açıq şəkildə zidd bir addım kimi qiymətləndirir və hücumun forması və miqyasına uyğun olaraq beynəlxalq hüquqa əsasən birbaşa cavab vermək hüququnu özündə saxladığını təsdiqləyir.



O həmçinin vurğulayıb ki, bölgədəki gərginlik fonunda təhlükəsizlik tədbirləri çərçivəsində baza əvvəlcədən təxliyə edilib və Qətər ordusu ilə dost qüvvələrin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirlər görülüb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu