Yevlaxda batan məktəblinin meyiti tapıldı


Yevlaxda kanalda batan 15 yaşlı məktəblinin meyiti tapılıb.



Mingəçevir şəhər sakini Hüseyn Rəsulovun cəsədini Fövqəladə Hallar Nazirliyinin Aran Regional Dalğıc-Axtarış qrupunun əməkdaşları Yuxarı Qarabağ kanalının rayonun Tanrıqulular kəndi yaxınlığından keçən hissədə – batdığı yerdən təxminən 15 kilometr aralıda aşkar edərək sudan çıxarıb.



Meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu