İran İsrailin hava bazalarına raket zərbəsi endirdi


İran Nevatim və Hatzerim hava bazaları da daxil olmaqla, İsrailin bir neçə hərbi obyektinə raket zərbələri endirib.



AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında bildirilir.



"İşğal olunmuş ərazilərdə bir sıra hədəflərə, o cümlədən hərbi komplekslərə, müdafiə sənayesi müəssisələrinə, İsrail rejiminin hərbi əməliyyatlarını dəstəkləyən idarəetmə mərkəzlərinə, eləcə də Nevatim və Xatsərim hərbi hava bazalarına qarşı 'Doğru vəd – 3' əməliyyatının 17-ci mərhələsi həyata keçirilib", – deyə SEPAH nümayəndəsi bəyanatında bildirib.



Onun sözlərinə görə, Beersheba, Tel-Əviv və Hayfaya endirilən zərbələr göstərir ki, ballistik raketlərin hücum gücü İsrail rejiminin cinayətkar dəstəsi nəhayət cəzalandırılana qədər artacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu