ABŞ-da qeyri-qanuni miqrantların sayı yanvardan bəri 1 milyon nəfər azalıb


Prezident Donald Tramp bu ilin əvvəlində qeyri-qanuni immiqrasiyaya qarşı mübarizə aparmağa başlayandan bəri ABŞ-da yaşayan 1 milyona yaxın qeyri-qanuni əcnəbi ölkəni tərk edib.



AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda “Miqrasiya Araşdırmaları Mərkəzi” müstəqil tədqiqat təşkilatı ABŞ Əmək Statistikaları Bürosunun məlumatlarına istinadən bildirib.



"Bizim xam məlumatların təhlili göstərir ki, 2025-ci ilin yanvar ayından may ayına qədər xaricdə doğulmuş işçilərin - həm məşğul, həm də işsiz - ümumi sayı 957,000 nəfər azalıb", - deyə təşkilatın hesabatında bildirilir.



İlkin hesablamalara görə, 2025-ci ilin may ayına olan vəziyyətə əsasən ABŞ-da 14,8 milyon qeyri-qanuni miqrant yaşayır ki, bu da yanvar ayı ilə müqayisədə 1 milyon nəfər azdır. Hesabat müəllifləri ABŞ vətəndaşlığı olmayan əcnəbilərin miqrantların deportasiyası üçün Trampın prezident seçkilərində qələbə çalması və hüquq-mühafizə orqanlarının səylərinin artması səbəbindən ölkəni tərk etdiyini iddia edirlər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu