Böyük Britaniyaya bir gündə 700-dən çox qeyri-qanuni miqrant gəlib


Dünən 700-dən çox qeyri-qanuni miqrant qayıqla Manş boğazını keçərək Böyük Britaniyaya gəlib.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Britaniya mətbuatı ölkənin Daxili İşlər Nazirliyinin statistik məlumatlarına əsasən məlumat yayıb.

Bunun Leyboristlərin hakimiyyətə gəlişindən bəri ən yüksək bir günlük göstərici olduğu bildirilir.

2024-cü ildə gündəlik sərhəd keçidləri üzrə bütün zamanların rekordu Mühafizəkarlar Partiyasının hələ hakimiyyətdə olduğu 18 iyunda qeydə alınıb. Həmin vaxt Britaniyaya 900-ə yaxın qeyri-qanuni mühacir gəlib. Leyboristlər iyulun 4-də keçirilən ümumi seçkilərdə qalib gəlib.

İlin əvvəlindən Böyük Britaniyaya ümumilikdə 18 342 miqrant gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13% çoxdur.

Qeyri-qanuni miqrantlar tez-tez Böyük Britaniyaya daxil olmaq və qaçqın statusu qazanmaq üçün istənilən fürsəti axtarırlar ki, bu da onlara maliyyə imtiyazlarına və sosial proqramlara çıxış imkanı verir.

2023-cü ildə ölkəyə 30 minə yaxın miqrant gəlib. Ölkə hakimiyyəti qaçqınların otellərdə yerləşdirilməsi üçün gündə bir neçə milyon funt-sterlinq xərcləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu