ABŞ Qəzzada atəşkəs qətnaməsinə veto qoydu

ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzzada atəşkəslə bağlı qətnaməsinə veto qoyub
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasında Qəzza zolağında dərhal atəşkəs tələb edən qətnamə layihəsinə veto qoyub.
Qətnamə layihəsi BMT Təhlükəsizlik Şurasının on qeyri-daimi üzvü tərəfindən hazırlanıb. ABŞ sənədi dəstəkləməyən yeganə ölkə olub.
Sənəd dörd bənddən ibarətdir və aşağıdakı tələbləri əhatə edir:
– Qəzzada bütün tərəflərin dərhal, qeyd-şərtsiz və daimi atəşkəsi təmin etməsi;
– Fələstində saxlanılan bütün girovların azad olunması;
– BMT və onun humanitar tərəfdaşlarının Qəzzaya yardım çatdırmasına qoyulan məhdudiyyətlərin dərhal və qeyd-şərtsiz aradan qaldırılması.
Qətnamə layihəsi humanitar məqsədlərlə və sülh çağırışı ilə irəli sürülsə də, ABŞ-ın vetosu səbəbindən qəbul edilməyib.