Yaponiya Fukuşimanın radyoaktivli torpağını dövlət binalarında istifadə edəcək


Yaponiya hökuməti təhlükəsizlik narahatlıqlarını aradan qaldırmaq məqsədilə, Fukuşima Dai-içi Nüvə Elektrik Stansiyası ətrafında yığılmış torpağın baş nazirlik və digər dövlət binalarının döşəmələrində istifadə ediləcəyini açıqlayıb.

"Kyodo News"un xəbərinə görə, Yaponiya hökuməti aşağı səviyyəli radioaktivliyə malik torpağın layihələrdə istifadə üçün uyğun olduğunu göstərmək məqsədilə həmin torpağı baş nazirlik ofisi və digər hökumət binalarının döşəmələrində istifadə etməyi planlaşdırır.

2011-ci il martın 11-də Yaponiyanın şimal-şərqində baş vermiş zəlzələ və sunaminin ardından toplanmış torpaqların dövlət idarələrinin ərazilərində müxtəlif məqsədlərlə istifadə olunması nəzərdə tutulur.

Kabinet Baş Katibi Hayaşi Yoşimasa Kabinet iclasında etdiyi açıqlamada torpağın təhlükəsizliyi və faydaları ilə bağlı ictimaiyyətin daha geniş anlayışa sahib olması gərəkdiyini vurğulayıb.

Aşağı səviyyəli radioaktivliyə malik torpağın Tokio və bəzi şəhərlərdə istifadəsinə yönəlmiş təşəbbüslər yerli müxalifətin müqaviməti səbəbindən dayandırılmışdı.

Qanunlara görə, hər kiloqramda 8 min bekereldən çox radioaktiv sezyum tərkibli torpağın dövlət layihələrində istifadəsi qadağandır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu