Aİ USAID-in boşluğunu doldurmaq istəyir


Avropa İttifaqı üçüncü dünya ölkələrində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) yerini tutmaq niyyətindədir.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə qurumun diplomatik xidmətinin rəhbəri Kaja Kallas Aİ İnkişaf Şurasının iclasına gələrkən bildirib.

"Nazirlər USAID-in inkişafa yardım layihələrindən çıxmasının nəticələrini və Aİ-nin onu harada əvəz edə biləcəyini müzakirə edəcəklər. ABŞ-ın geridə qoyduğu boşluğu doldura bilməyəcəyik, lakin biz diqqəti Avropa prioritetlərinə - demokratiya, media azadlığı, insan haqları və demokratiya kimi prioritetlərə yönəldəcəyik", - deyə o bildirib.

Fevralın 3-də Vaşinqton beynəlxalq təşkilatların maliyyələşdirilməsinə xeyli miqdarda vəsait ayıran USAID agentliyinin fəaliyyətini faktiki olaraq dayandırıb. Martın 10-da USAID-in müvəqqəti rəhbəri təyin edilmiş dövlət katibi Marko Rubio bildirib ki, hökumət auditdən sonra agentliyin proqramlarının 83%-ni dayandırıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu