KİV: İsrail Livanın cənubunda kəndi vurub

İsrail ordusu Livanın cənubundakı Nəbatiya əyalətinin Rab əl-Talatin kəndinə hava zərbəsi endirib.
AFN.az xəbər verir ki, bu barədə məlumatı “Al Hadath” telekanalı yayıb.
Telekanalın mənbələrinə əsasən, hücum nəticəsində Livanın şiə Hizbullah hərəkatının bir döyüşçüsü həlak olub. Hadisə ilə bağlı maddi ziyan barədə məlumat verilməyib.