İngiltərədən Rusiyaya qarşı 100 yeni sanksiya


İngiltərə hökuməti Rusiyanın hərbi, enerji və maliyyə sektorlarını, həmçinin bəzi fiziki və hüquqi şəxsləri hədəf alan 100 yeni sanksiya paketi elan edib.



İngiltərə Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, bu sanksiyalar Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 17-ci sanksiya paketindən əvvəl ictimaiyyətə təqdim olunub və bu addım Ukraynada davamlı sülhün təmin olunması istiqamətindəki beynəlxalq səylərin bir hissəsi kimi qiymətləndirilir.



Nazirliyin açıqlamasında vurğulanıb ki, yeni sanksiyalar Rusiyanın hərbi, enerji və maliyyə strukturlarına, eləcə də bəzi fərdlərə və təşkilatlara qarşı yönəlib. Eyni zamanda, "dezinformasiya kampaniyaları" apardığı iddia edilən 14 Sosial Dizayn Agentliyinin əməkdaşı da sanksiya siyahısına əlavə olunub.



Yeni sanksiya paketində aşağıdakılar yer alır:



– 46 maliyyə qurumu,


– Rus dövlətinə bağlı Sığorta AgentliyiSankt-Peterburq Valyuta Birjası,


– Rus neftini daşıyan və “gölgə donanması”na aid olduğu qeyd edilən 18 gəmi,


– Həmin donanmanı dəstəkləyən şəxslər və qurumlar.



Sanksiya tətbiq edilənlər arasında Rusiyaya gəmi təchiz edən britaniyalı vətəndaş John Michael Ormerod, həmçinin gölgə donanmasına məxsus tanker gəmilərinin kapitanları olan iki rusiyalı şəxs də yer alır.



Bəyanatda həmçinin qeyd olunub ki, İngiltərə G7 ölkələri ilə birlikdə Rusiya neftinə tətbiq edilən bir barel üçün 60 ABŞ dolları məhdudiyyətini nəzərdən keçirir və bu tavan qiymətin daha effektiv şəkildə tətbiq olunması üçün tərəfdaşları ilə işləyir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu