Tramp Qəzza sakinlərinin problemlərini həll edəcəyinə söz verib

Birləşmiş Ştatlar Qəzza zolağına nəzarət edir və onun problemlərini həll edəcək.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Amerika lideri Donald Tramp BƏƏ-yə səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.
Ağ Evin rəhbəri yerli əhalinin aclıqdan əziyyət çəkməsinə və anklavda "çox pis hadisələrin" baş verməsinə toxunub. “Biz Qəzza zolağına nəzarət edirik və anklavın və insanların problemlərini həll edəcəyik”, - deyə o, qeyd edib.