ABŞ Türkiyəyə raket satışına icazə verib


ABŞ Dövlət Departamenti Türkiyəyə raket satışına icazə verdiyini açıqlayıb.



ABŞ rəhbərliyi Türkiyəyə 300 milyon dollardan çox sursat satılacağını bildirib.

ABŞ Dövlət Departamentinin Siyasi və Hərbi Məsələlər Bürosu Türkiyəyə havadan-havaya tipli raketlərin satışına icazə verildiyini açıqlayıb. Açıqlamada, qabaqcıl orta mənzilli havadan-havaya raketləri və qısa mənzilli raketlər ilə əlaqədar logistika və proqram dəstək elementlərinin təqdim ediləcəyi bildirilib.

Bildirilib ki, satışla bağlı Konqresə də məlumat verilib.

"Bu satış Avropada siyasi və iqtisadi sabitlik üçün güc olmağa davam edən NATO müttəfiqinin təhlükəsizliyini artıracaq", - bəyanatda deyilir.

ABŞ Müdafiə Nazirliyinin açıqlaması da bu satışın Türkiyəyə kritik hava hücumundan müdafiə qabiliyyəti təmin edəcəyini bildirib. havadan-havaya raketləri müxtəlif hava missiyalarında, xüsusilə F-16-larla birlikdə istifadə edilə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu