Pakistan: Hindistanla gərginlikdə nüvə silahı gündəmdə olmayıb


Pakistanın xarici işlər naziri İshak Dar Hindistanla münaqişə zamanı Yeni Dehli administrasiyasına qarşı nüvə silahından istifadənin variantlar arasında olmadığını açıqlayıb.


Dar CNN-ə verdiyi müsahibədə Hindistanla toqquşmalar və ondan sonra əldə edilən atəşkəsdən sonra məsələ ilə bağlı qiymətləndirmələr edib.

Pakistanın"özünü müdafiə etmək üçün Hindistanın hücumlarına cavab verməkdən başqa çarəsi olmadığını ifadə edən Dar, Hindistanı hakimiyyət qurmaq cəhdində günahlandıraraq, bölgədəki gərginliyə baxmayaraq, qarşıdurma zamanı nüvə silahından istifadənin variantlar arasında olmadığını bildirib.

Dar atəşkəsdən sonra tərəflərin müzakirə etməli olduğu məsələlərin olduğunu və iki ölkə rəsmilərinin hələ də birbaşa təmasda olmadığını qeyd edib.

Cammu-Kəşmir bölgəsinin qeyri-sabitliyin əsas səbəbkarı olduğunu deyən və bölgəyə öz müqəddəratını təyin etmə çağırışı edən Dar, hər cür terroru qınadıqlarını ifadə edərək, su probleminin həll edilməməsinin atəşkəsi təhdid edə biləcəyi xəbərdarlığını edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu