Şimali Koreya “nüvə silahı dövləti” statusunu müdafiə edib


Şimali Koreya “nüvə silahı dövləti” statusunun ləğv edilə bilməz olduğunu bəyan edib, ABŞ, Yaponiya və Cənubi Koreya xarici işlər nazirlərinin bu istiqamətdəki bəyanatlarına sərt reaksiya verib.



Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) xəbərinə görə, Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq verdiyi açıqlamada ölkəsinin nüvəsizləşdirilməsi bəyanatlarını pisləyib.

Ölkəsinin nüvəsizləşdirilməsinin heç vaxt gerçəkləşməyəcək bir xəyaldan başqa bir şey olmadığını ifadə edən Kim, nüvə dövləti variantından əl çəkməyəcəklərini ifadə edib.

ABŞ, Yaponiya və Cənubi Koreyanın Şimali Koreyanın nüvəsizləşdirilməsi ilə bağlı bəyanatlarını qınadıqlarını qeyd edən Kim, bunları Şimali Koreyanın suverenliyini inkar edən ən düşməncəsinə hərəkət kimi qiymətləndirib.

Kim ölkəsinin nüvə imkanlarının xaricdən gələn hücum və təhdidlərin qarşısını almaqda və dövlətin suverenliyini və təhlükəsizliyini müdafiə etməkdə mühüm rol oynadığını iddia edib.

Sözügedən reaksiya ABŞ dövlət katibi Marko Rubio, Yaponiyanın xarici işlər naziri İvaya Takeşi və Cənubi Koreyanın xarici işlər naziri Ço Tae-yulun ötən həftə Brüsseldə keçirilən görüşündən sonra gəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu