Kim Çen In: Cənubi Koreyaya qarşı nüvə silahından istifadə etməkdən çəkinmirik
Şimali Koreya lideri Kim Çen In bəyan edib ki, Cənubi Koreya ölkəsinin suverenliyini pozan silahlı qüvvələrdən istifadə etməyə cəhd edərsə, onlar nüvə silahı da daxil olmaqla, əllərində olan bütün hücum qüvvələrini çəkinmədən istifadə edəcəklər.
Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Kim oktyabrın 2-də xüsusi əməliyyat qüvvələrinə bağlı bölməyə baş çəkib.
Kim səfər zamanı etdiyi çıxışında bildirib ki, Cənubi Koreya ölkəsinin suverenliyini pozan silahlı qüvvələrdən istifadə etməyə cəhd edərsə, ordusu nüvə silahı da daxil olmaqla, malik olduğu bütün hücum qüvvələrindən çəkinmədən istifadə edəcək.
Qeyd edək ki, Cənubi Koreya lideri Yoon Suk Yeol oktyabrın 1-də bildirib ki, Şimali Koreyanın nüvə silahından istifadə etmək cəhdi Kimin hökumətinin sonu olacaq, çünki Kim Cənubi Koreya-ABŞ ittifaqının qətiyyətli və böyük cavabı ilə üzləşəcək.
Mənbə: AA