Vals: ABŞ Avropada təhlükəsizliyi maliyyələşdirməkdə çətinlik çəkir


Birləşmiş Ştatlar artıq özünün milli borcuna görə Avropanın təhlükəsizliyini maliyyələşdirə bilməyəcək.


AFN.az xəbər verir ki, bunu “New York Post” qəzetinə müsahibəsində ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals deyib.

"33 trilyon dollarlıq borcu olan Birləşmiş Ştatlar sözün əsl mənasında Avropanın təhlükəsizliyini artıq subsidiyalaşdıra bilməz" - deyə Vals bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, Norveç və Finlandiya müdafiə xərclərini artırsa da, İspaniya, Kanada və İtaliya kimi digər NATO ölkələri bu istiqamətdə az xərcləyirlər. Vals Vaşinqtonun Avropa ölkələrinə hərbi və diplomatik dəstəyini davam etdirəcəyini, lakin “tələbkar” olacağına diqqət çəkib: "Biz müttəfiqlərimizdən öz paylarını ödəmələrini və yükü ABŞ ilə bölüşmələrini tələb etməyə davam edəcəyik".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu