Tramp-Putin görüşünə hazırlıq gedir
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Milli Təhlükəsizlik Müşavirliyinə namizədliyini irəli sürdüyü Mayk Vals Tramp və Rusiya prezidenti Vladimir Putin arasında planlaşdırılan görüşə hazırlıqların davam etdiyini bildirib.
Bu barədə Vals ABC News-a məlumat verib.
Trampın yaxın vaxtlarda Rusiya-Ukrayna müharibəsini sona çatdırmaq üçün addımlar atacağını deyən Vals "Prezident Trampın baxış bucağında görə qarşı tərəflə əlaqələr və dialoq qurmadan razılığa gələ bilməzsiniz. Önümüzdəki aylarda bunu mütləq müəyyən edəcəyik" deyib.
Vals həmçinin qeyd edib ki, Tramp administrasiyası Rusiya-Ukrayna müharibəsinin diplomatik yollarla dayandırılmalı olduğunu bilir və atəşkəs hər iki tərəf üçün son dərəcə müsbət addım olacaq.