Mayk Vals: Ukraynaya verdiyimiz dəstəyimiz əvəzini almağa layiqdi


ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals bəyan edib ki, ölkəsi Rusiya ilə vuruşan Ukraynaya verdiyi milyardlarla dollarlıq dəstəyin geri qaytarılmasına layiqdir.



Vals "Fox News Sunday" proqramında qiymətləndirmələr aparıb.

ABŞ-ın illərdir Rusiya-Ukrayna müharibəsinin yükünü öz üzərinə götürdüyünü bildirən Vals, ölkəsinin Ukraynaya verdiyi milyardlarla dollarlıq dəstəyin qarşılığını almağa layiq olduğunu söyləyib.

Vals Ukrayna prezidenti Volodimir Zelenskinin Ukraynanın nadir metalların yarısını ABŞ-a təhvil verməsini nəzərdə tutan sazişi qəbul etməsinin çox ağıllı olacağını söyləyib.

ABŞ prezidenti Donald Trampın bütün dinamikanı yenidən nəzərdən keçirdiyini vurğulayan Vals “Trampla birgə işləməkdən yaxşı təminat ola bilməz” deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu