Zelenski Vatikanda Trampla görüşməyə hazır olduğunu bildirib


Ukrayna prezidenti Vladimir Zelenski prezidentlərin Papa Fransiskin dəfn mərasimində iştirak edəcəyi Vatikanda ABŞ prezidenti Trampla görüşməyə hazır olduğunu açıqlayıb.


AFN.az xəbər verir ki, bu məlumatı UNİAN yayıb.

“ABŞ ilə faydalı qazıntılar üzrə sazişə gəlincə, komandalarımız memorandumu imzalamaqla müsbət mövqe nümayiş etdirdilər. Hələ də hüquqşünaslar orada işləyirlər, növbəti addım sazişin imzalanması və Radada ratifikasiyadır.

Hüquqşünaslar - hər iki Amerika şirkəti. Mən dedim ki, Amerika şirkətini, Ağ Evin dəstəkləyəcəyi güclü bir şirkət götürəcəyik ki, sonradan bizi heç nədə ittiham etməsinlər.

Bu vəkillər hazırda komandamızın nəzarəti altında işləyirlər. Onların vəkilləri isə öz komandasının nəzarəti altındadır”, – deyə Zelenski əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu