Zelenski: ABŞ Ukraynanın simasında strateji tərəfdaşını itirə bilər

ABŞ-ın danışıqlar prosesindən çıxması və Ukraynaya yardımı dayandırması Amerikanın Kiyevi strateji tərəfdaş kimi itirməsinə səbəb ola bilər.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
"Biz istəməzdik ki, Amerika bu yardımdan əl çəksin, çünki bu, təkcə silah deyil. Söhbət kəşfiyyatdan gedir, ballistikadan gedir, həyatdan gedir. Düşünürəm ki, bu, Ukraynanın simasında strateji tərəfdaşın itirilməsi olacaq" - deyə prezident əlavə edib.