Roma Papası Fransisk vəfat edib

Roma Papası Fransisk 89 yaşında vəfat edib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
"Əziz qardaşlar və bacılar, böyük kədər hissi ilə Müqəddəs Atamız Fransiskin vəfatını elan etməliyəm. Bu gün saat 07:35-də Roma yepiskopu Frensis Ata evinə qayıtdı. Onun bütün həyatı Tanrıya və onun Kilsəsinə xidmətə həsr olunub", - deyə kardinal Farrellin açıqlamasında bildirilib.