Roma Papası əməliyyat olundu
İki il əvvəl qalın bağırsağının bir hissəsini çıxaran 86 yaşlı Roma Papası Fransisk ən son xəstəliyi olan qarın yırtığını çıxarmaq üçün əməliyyat olunub.
AFN.az xəbər verir ki, bu barədə Amerikanın Səsi xəbər məlumat yayıb.
Vatikan bildirib ki, Fransisin ümumi anesteziya altında olduğu üç saatlıq əməliyyat fəsadsız keçib. Papanın daha bir neçə gün Romanın Gemelli xəstəxanasında qalacağı gözlənilir.
Ehtiyat tədbiri olaraq, papanın bütün tədbirləri iyunun 18-dək ləğv edilib.