Vatikan Papanın sağlamlığı ilə bağlı açıqlama verdi


Dünən Romadakı Gemelli xəstəxanasında 3 saatlıq əməliyyat keçirən və xəstəxanada müşahidə altında saxlanılan Papanın sağlamlıq vəziyyəti ilə bağlı Vatikan açıqlama yayıb.


AFN.az xəbər verir ki, Vatikan Mətbuat Ofisindən verilən yazılı açıqlamada, Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransiskin qarnındakı kəsik nəticəsində yaranan yırtıq səbəbiylə dünən həyata keçirilən laparotomiya və qarın divarı protezi əməliyyatından sonra vəziyyətinin yaxşı olduğu bildirilib.

Qeyd edilib ki, əməliyyatdan sonra vəziyyəti təqib edən həkim qrupu, Papa Fransiskin uzun müddət istirahət edərək sakit bir gecə keçirdiyini bildirdi:

"Ümumi vəziyyəti yaxşıdır, oyaqdır və kortəbii nəfəs ala bilir. Gündəlik nəzarətlər nəticəsində göstəriciləri yaxşıdır. Əməliyyatdan sonra bütün günü istirahətinə davam edəcək”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu