Orban Roma Papası ilə Ukraynadakı münaqişəni müzakirə edib


Macarıstanın baş naziri Viktor Orban dekabrın 4-də Roma Papası Fransisklə Ukraynadakı münaqişənin həllini müzakirə edib.



“Müqəddəs Pyotr Bazilikasında səhər ibadəti, sonra Müqəddəs Ata ilə görüş. Biz sülh üçün bu şansdan istifadə etməliyik!” – o, Facebook sosial şəbəkəsində yazıb.

Müqəddəs Taxt-Tacın mətbuat xidməti Fransisk və Orbanın Ukrayna münaqişəsi mövzusunu qaldırdıqlarını təsdiqləyib. Saytdakı məlumatda deyildiyi kimi, onlar Ukraynadakı münaqişəyə xüsusi diqqət yetirərək, sülhün və humanitar komponentin təşviqi səylərinə diqqət yetiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu