Xameneinin müşaviri: Balanslaşdırılmış razılaşma üçün ABŞ ilə danışıqlarda iştirak edirik


İtaliyanın paytaxtı Romada İran və ABŞ arasında nüvə danışıqlarına başlamaq üçün danışıqların ikinci raundu öncəsi İran lideri Əli Xamneyinin siyasi müşaviri Əli Şəmxani deyib ki, İran danışıqlara təslim olmaq üçün deyil, balanslaşdırılmış razılaşma əldə etmək üçün qoşulub.



Şəmxani X sosial media platformasında ölkəsinin ABŞ ilə danışıqlardan gözləntilərini açıqlayıb.

Əli Şəmxani yazısında iranlı müzakirəçilərin doqquz prinsip əsasında hərtərəfli razılaşma əldə etmək üçün tam səlahiyyətlə Romaya getdiyini bildirib və gözləntilərini belə sıralayıb:

“Ciddilik, zəmanət vermək, balanslı olmaq, Liviya/BƏƏ modelini tətbiq etməmək, sanksiyaları aradan qaldırmaq, təhdidlərdən qaçmaq, danışıqlarda sürətli olmaq, fitnə-fəsad törədənləri nəzarət altında saxlamaq və investisiyaları asanlaşdırmaq”.

Şamxani İranın danışıqlara təslim olmaq üçün deyil, balanslaşdırılmış razılaşma əldə etmək üçün qoşulduğunu vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu