ABŞ-da "Google" ilə bağlı qərar: Reklam bazarında monopoliyaya sahibdi


ABŞ-da federal hakim texnologiya nəhəngi "Google"un onlayn reklam texnologiyaları bazarında qeyri-qanuni inhisar qurduğuna qərar verib.


ABŞ-ın Virciniya ştatının Alexandria şəhərində xidmət edən federal hakim Leonie Brinkema "Google"un "Alphabet" çətiri altında reklam texnologiyaları sahəsində iki ayrı bazarda qəsdən və davamlı olaraq inhisar hakimiyyəti əldə etdiyi və saxladığı qərarını verib.

Bu bazarlar nəşriyyatın reklam serverləri və vebsaytların reklam ehtiyatlarını idarə etdiyi reklam alış-veriş platformaları kimi müəyyən edilir.

Hakim Brinkema belə nəticəyə gəlib ki, "Google" reklam verən şəbəkələrdə isə monopoliyaya malik deyil.

"Google"un tənzimləmə işləri üzrə vitse-prezidenti Li-An Mulholland qərardan apellyasiya şikayəti verəcəklərini açıqlayıb.

Məhkəmə qərarı "Google"un rəqabəti bərpa etmək üçün hansı addımlar atmalı olduğu ilə bağlı ayrıca dinləmə üçün yol açdı.

Bu kontekstdə şirkətin bəzi hissələrini satması lazım ola biləcəyi ifadə edilir. ABŞ Ədliyyə Departamenti iddia edir ki, "Google" nəşr reklam serveri və reklam alış-veriş platformasını özündə birləşdirən "Google Reklam Meneceri" bölməsindən imtina etməlidir.

"Google" hazırda iki ayrı məhkəmə prosesində aktivlərini satmaq və ya biznes təcrübələrini dəyişmək riski ilə üzləşib. Vaşinqtonda təyin olunmuş bir hakimi gələn həftə Ədliyyə Departamentinin "Google"dan Chrome brauzerini satmağı və axtarış motorları bazarındakı hökmranlığına son qoymağı tələb edəcəyi dinləmələrə sədrlik edəcək.

Şirkət daha əvvəl Avropadakı rəqabət orqanlarını sakitləşdirmək üçün reklam alış-veriş bölməsini satmaq variantını nəzərdən keçirmişdi.

Hakim Brinkema keçən il üç həftə davam edən dinləmə zamanı Ədliyyə Nazirliyi və bir çox ştatların birgə qaldırdığı işi qiymətləndirdi.

Çəkişmə çərçivəsində "Google"un rəqib şirkətləri satın alaraq, müştərilərini öz məhsullarından asılı vəziyyətə salaraq, onlayn reklam bazarındakı əməliyyatları öz nəzarəti altına alaraq klassik inhisarçılıq üsullarına əl atdığı iddia edilib.

"Google" müdafiəsində iddianın keçmişə yönəldiyini və şirkətin texnologiyalarını rəqib məhsullarla uyğunlaşdırmaq səylərinə məhəl qoyulmadığını bildirib.

"Google"un hüquqşünasları həmçinin "Amazon" və "Comcast" kimi böyük texnologiya şirkətlərinin rəqabət yaratdığını, rəqəmsal reklam xərclərinin tətbiqlərə və yayım platformalarına keçdiyini bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu