"Google" silahlarda süni intellektdən istifadə öhdəliyini geri götürüb


Texnologiya nəhəngi "Google"un ana şirkəti olan "Alphabet" süni intellektin (AI) istifadəsi ilə bağlı siyasətini yeniləyərək, əvvəllər qadağan etdiyi bəzi sahələrə qapı açıb. Şirkət silahlarda süni intellektin istifadəsi ilə bağlı öhdəliyini geri götürüb.



Şirkət 2018-ci ildə dərc etdiyi zərər verə biləcək istifadələri istisna edən qaydaları ləğv edib. Bu dəyişiklik silahların inkişafı və müşahidə texnologiyaları kimi sahələrdə süni intellektin istifadəsinə yol açıb.

"Google"un "DeepMind" süni intellekt laboratoriyasının rəhbəri Demis Hassabis və şirkətin baş vitse-prezidenti Ceyms Manyika dəyişikliyi müdafiə edən bloq yazısı dərc ediblər. Məqalədə bizneslərin və demokratik hökumətlərin milli təhlükəsizliyi dəstəkləyən süni intellekt üzərində əməkdaşlıq etməli olduğu bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu