Gender və iqlim şərtlərindən uzaqlaşan yeni NATO sənədləri


NATO ABŞ-dan sonra yeni sənədlər hazırlayarkən gender müxtəlifliyi ilə bağlı şərtlərdən imtina edə bilər.


AFN.az xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, “gender” ifadəsi ilə yanaşı, “qadın, sülh və təhlükəsizlik”lə bağlı ifadələr də işlədilməyəcək. Öz növbəsində, "iqlim" anlayışı "əməliyyat mühiti" kimi təyin olunacaq.

ABŞ prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra özünün “radikal solçu ideologiya” kimi müəyyən etdiyi şeylərlə mübarizəyə yönəlmiş bir neçə sərəncam imzalayıb. Xüsusilə, Ağ Ev hökumət daxilində müxtəliflik, bərabərlik və inklüzivlik (DEI) deyilən siyasətləri geri götürür və məktəblərdə və özəl şirkətlərdə onları geri qaytarmağa çağırır. Prezidentin ayrıca fərmanı ABŞ-da iki daimi cinsin - kişi və qadının tanınmasını təsdiqləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu