KİV: Tramp hökumətdəki bütün daxiletmə proqramlarına son verəcək

Donald Tramp vəzifəyə gəldikdən sonra bütün federal hökumət proqramlarını bağlayacaq.
AFN.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Fox News" telekanalı məlumat yayıb.
Nəşrin məlumatına, yeni Amerika lideri andiçmə mərasimindən dərhal sonra bütün müxtəliflik, bərabərlik və inklüziv proqramlara son qoymağa çalışacaq. Bundan əlavə, müvafiq fərmanı imzalamaqla Tramp qanunvericilik səviyyəsində insanın bioloji cinsinin tərifini müəyyən edəcək.
Respublikaçı daha əvvəl ABŞ-da transgender dəliliyinə son qoyacağına söz vermişdi. Dekabr ayında Arizona ştatının Feniks şəhərində çıxış edən Tramp cinslərinin dəyişdirilməsi əməliyyatları vasitəsilə uşaqların şikəst edilməsini dayandırmaq üçün icra sərəncamlarını imzalayacağını və transgender insanları ordudan, ibtidai məktəblərdən, orta məktəblərdən və liseylərdən təcrid etməyə söz verib. Ağ Evin gələcək sahibi yalnız iki cinsin - kişi və qadının mövcudluğunun tanınmasının ABŞ-ın rəsmi siyasətinə çevriləcəyini vurğulayıb.