KİV: ABŞ yaxın həftələr ərzində Ukraynada atəşkəsə nail olmaq istəyir

ABŞ rəsmiləri Parisdə keçirilən görüşdə bir neçə həftə ərzində Ukraynada tam atəşkəsin əldə olunmasını arzuladıqlarını bildiriblər.
AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Vaşinqton münaqişəyə son qoymaq üçün yaxın gələcəkdə mühüm irəliləyiş gözləyir. Mənbələr həmçinin qeyd ediblər ki, görüş iştirakçıları bu məqsədə nail olmaq üçün işləmək barədə razılığa gəliblər.