KİV: NATO Ukrayna üzrə danışıqların tezliklə başlamalı olduğunu qəbul edir
NATO ölkələri etiraf edirlər ki, Ukraynadakı münaqişəyə son qoymaq üçün danışıqlar tezliklə başlamalıdır.
Bu barədə "Bloomberg" diplomatik mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, alyans ölkələri Ukraynada vəziyyətin qeyri-sabit olduğunu qəbul etdikləri üçün danışıqların mümkünlüyünü müzakirə etməyə başlayıblar. Mənbələr vurğulayıb ki, NATO danışıqların yaxın gələcəkdə başlamalı olduğunu başa düşür.
"Avropa ölkələri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa bu cür danışıqlar olacağı təqdirdə özlərinin faydalı olduğunu nümayiş etdirmək üçün bu məsələni müzakirə etməyə başlayıblar" - deyə agentliyin məlumatında bildirilir.