Prezident onları nazir müavini təyin etdi


Anar Məhərrəm oğlu Bayramov və Rəşad Əzizağa oğlu Mustafayev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri təyin ediliblər.


Prezident İlham Əliyev bu barədə müvafiq sərəncamlar imzalayıb.

Qeyd edək ki, 50 yaşlı Anar Bayramov hazırkı vəzifəsinə qədər ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub.

47 yaşlı Rəşad Mustafayev isə hazırkı vəzifəsinə qədər “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktoru olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu