Sahil Babayev vəzifəsindən azad edilərək maliyyə naziri təyin olundu
![](/uploads/posts/2025-02/sahil-babayev.jpg)
Sahil Rafiq oğlu Babayev Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, 45 yaşlı S.Babayev 2018-ci ildə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilmişdi.
Prezidentin digər sərəncamı ilə S.Babayev Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsinə təyin edilib.