Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edildi


Anar Rəhim oğlu Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib.


AFN.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamına əsasən, Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

Qeyd edək ki, ötən gün dövlət başçısı Sahil Babayevi əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edərək, maliyyə naziri təyin edib.

45 yaşlı Anar Əliyev yeni təyinatadək həmin nazirlikdə nazir müavini vəzifəsini tutub.

2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirən yeni nazir 2002-ci ildə magistr pilləsini başa vuraraq magistr dərəcəsi, 2006-cı ildə hüquq fəlsəfə doktoru dərəcəsi alıb.

2006-2008-cı illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, 2008-2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləyib.

Anar Əliyev daha əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsində çalışıb, 2018-ci ildən isə nazir müavini idi.

Evlidir, iki övladı var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu