Çin ordusu Tayvan yaxınlığında təlimlər keçirir

Çin ordusu çərşənbə axşamı Tayvan ətrafında hərtərəfli hərbi təlimlərə başlayıb.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun (AXO) Şərq Bölgəsi Döyüş Komandanlığının rəsmi nümayəndəsi Şi Yi məlumat verib.
Hərbi dairənin "WeChat" sosial şəbəkəsindəki səhifəsində dərc olunan bəyanatında qeyd edilir ki, quru və raket qüvvələri, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri iştirak edir.
"Bu, ciddi xəbərdarlıqdır və Tayvanın müstəqilliyini müdafiə edən separatçı qüvvələr üçün güclü bir maneədir" - deyə Şi Yi əlavə edib.