Uolts: Tramp Putinlə ukraynalı uşaqların geri qaytarılması barədə danışıb


Amerika Birləşmiş Ştatları Rusiya Federasiyası ilə Ukraynadan işğalçılar tərəfindən qaçırılan uşaqların geri qaytarılması imkanlarını müzakirə edib.


AFN.az xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts "CBS News"a müsahibəsində bildirib. Onun sözlərinə görə, Amerika prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenski və Kreml rəhbəri Putinlə telefon danışığı zamanı bu məsələni qaldırıb: "Prezident Tramp hər iki liderlə məhbus mübadiləsi ilə bağlı danışıb. Həm ruslar, həm də ukraynalılar zənglərindən dərhal sonra 200-ə yaxın əsir dəyişdiriblər. O, həmçinin bu uşaqların gələcəyi haqqında danışıb".

Ukrayna tərəfi bildirir ki, Rusiya işğal olunmuş ərazilərdən ukraynalı uşaqları sistemli şəkildə deportasiya edir. Bunu beynəlxalq təşkilatlar, Qərb hökumətləri və jurnalist araşdırmaları da təsdiqləyir. Məhz buna görə də Beynəlxalq Cinayət Məhkəməsi Kreml rəhbəri Putinin və uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsinə order verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu