Husilər Qırmızı dənizdə ABŞ-ın “Harry Truman” təyyarədaşıyan gəmisinə zərbələr endiriblər

Husilər ABŞ-ın Yəmənə endirdiyi zərbələrə cavab olaraq Qırmızı dənizdə "USS Harry Truman" təyyarədaşıyan gəmisinə ikinci zərbəni endirib.
AFN.az xəbər verir ki, bu barədə husilərin yaydığı açıqlamada bildirilir.
"24 saat ərzində ikinci dəfə ABŞ-ın "USS Harry Truman" təyyarədaşıyan gəmisini Qırmızı dənizin şimalında vurduq. Bir neçə saat davam edən hücum bir neçə ballistik və qanadlı raketlər və pilotsuz uçuş aparatlarından istifadə edilərək həyata keçirildi", - deyə "Al Masirah" telekanalı vasitəsilə açıqlanan bəyanatda deyilir.
Qeyd edilir ki, Yəmən silahlı qüvvələri Amerikanın aviadaşıyıcı qrupunun təcavüzünü dəf edə bilib. Husilər iddia edirlər ki, raketlər və pilotsuz təyyarələr təyyarədaşıyan gəmiyə və digər gəmilərə atəş açdıqdan sonra düşmən qırıcıları havaya qalxdıqları yerə qayıtmağa məcbur olublar.