Belçika Ukraynaya hərbçi göndərmək planına qarşı deyil


Belçika baş nazirinin müavini və xarici işlər naziri Maksim Prevot bildirib ki, ölkəsi Ukraynada atəşkəs əldə olunacağı təqdirdə sülhməramlı missiyaya qoşun göndərilməsini istisna etmir.


Belçikanın fransızdilli RTL televiziyasına danışan Prevot bildirib ki, yeni hökumət bu yaydan etibarən müdafiə büdcəsini ümumi daxili məhsulun (ÜDM) 2 faizinə çatdırmağı planlaşdırır.

Prevot bildirib ki, bunu mümkün etmək üçün dünən Avropa Komissiyasının sədri Ursula Von der Leyen tərəfindən təqdim edilən və müdafiə xərclərinin artırılmasının fiskal qaydaların pozulması hesab edilməməsini şərtləndirən yenidən silahlanma planından istifadə edilə bilər.

Ukraynada atəşkəs olacağı təqdirdə Belçikanın sülhməramlı missiyaya əsgər göndərməsinin mümkün olduğunu bildirən Prevot, "Biz bu perspektivi istisna etmirik" deyib.

Digər tərəfdən, bunun baş verməsi üçün bəzi şərtlər irəli sürən Prevot, "İlk növbədə ukraynalıların mənafeyinə hörmət edən, eyni zamanda Avropanın da maraqlarını nəzərə alan bir sülh müqaviləsi imzalanmalıdır. Biz onlara zərər verəcək bir razılaşma etməməliyik. Bu daimi və məqbul sülhün bərqərar olması üçün şərtdir. Bunlar yerinə yetirildikdə, Belçika sülh missiyasında iştirak edə bilər" ifadələrdən istifadə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu