Avropa İttifaqı silahlanma planı hazırlayır


Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula Von der Leyen Avropanın müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağa ehtiyacı olduğunu və hazırladıqları yenidən silahlanma planını sabah üzv ölkələrə çatdıracağını söyləyib.



Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula Von der Leyen Brüsseldə keçirilən Avropa avtomobil sənayesinin gələcəyi ilə bağlı strateji dialoq toplantısından sonra mətbuata açıqlama verib.

Martın 6-da Brüsseldə Ukrayna və müdafiə mövzusunda keçiriləcək fövqəladə zirvə toplantısına intensiv hazırlaşdığını bildirən Von der Leyen Avropanın yenidən silahlanması planı ilə bağlı sabah Aİ ölkələrinə məktub göndərəcəyini deyib: "Şübhəsiz ki, müdafiə xərclərinin böyük artımına ehtiyacımız var".

Qalıcı sülhün ancaq güc üzərində qurula biləcəyinə işarə edən Von der Leyen "Güc özümüzü gücləndirməklə başlayır. Sabah üzv dövlətlərə təqdim edəcəyim planın məqsədi budur" deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu