Argentina müxalifəti prezidenti fırıldaqçılığı təşviq etməkdə günahlandırır

Argentina müxalifəti az tanınan kriptovalyutanı təbliğ etdikdən sonra “fırıldaqçılığa təşviq etməkdə” ittiham etdikləri prezident Xavyer Mileinin vəzifəsindən uzaqlaşdırılmasını tələb edib.
CNN-in məlumatına görə, Milei fevralın 14-də özünün X sosial media hesabında yazdığı yazıda “LIBRA” adlı az tanınan kriptovalyutanı təqdim edib və “Bu xüsusi layihə Argentina iqtisadiyyatının böyüməsini təşviq etməyə həsr olunacaq” deyib.
Paylaşımdan qısa müddət sonra sürətlə yüksələn və ucuzlaşan kriptovalyuta bir çox investorun zərər etməsinə səbəb olub.
Tənqiddən sonra postunu silən prezident Milei layihənin təfərrüatlarını öyrəndikdən sonra onu ictimailəşdirməmək qərarına gəldiyini bildirib.
Müxalifət deputatları daha sonra “fırıldaqçılığı təşviq etməkdə” ittiham etdikləri Mileinin vəzifəsindən uzaqlaşdırılmasını tələb edəcəklərini açıqlayıblar.
Mileiyə yaxın mənbələr onun işdən çıxarılma ehtimalını təkzib ediblər və məsələni Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin araşdırdığını bildiriblər.
Digər tərəfdən Argentinanın Təhlükəsizlik Naziri Patricia Bullriç Milei müdafiə edərək, "Prezidentin istədiyi məsələləri gündəmə gətirmək üçün ifadə azadlığı var" deyib.