Müdafiə nazirinin süni intellektlə yaradılan səsi ilə fırıldaqçılıq cəhdi


İtaliyanın müdafiə naziri Guido Krosettonun adından və səsindən istifadə edərək ölkənin qabaqcıl iş adamlarını hədəf alan fırıldaq cəhdinin edildiyi və bir iş adamının aldadıldığı açıqlanıb.



“La Repubblica” qəzetinin məlumatına görə, 10-a yaxın iş adamı süni intellektlə nazir Krosettonun səsini təqlid edən şəxslər tərəfindən aldadılmağa çalışılıb.

Fırıldaqçılar Krosettonun səsini süni intellektlə təqlid edərək bəzi iş adamlarına zəng vurublar. Bir generalın nazirliyin stasionar telefonundan iş adamına zəng vurduqdan sonra zəngi nazirə bağladığı sözügedən zənglərdə İran və Suriya kimi bəzi Yaxın Şərq ölkələrində qaçırılan italyan jurnalistlər üçün təcili fidyə ödənilməli olduğu bildirilib.

Fırıldaqçılar nazirin səsi ilə nazirliyin iş adamları üçün büdcəsinin olmadığını, lakin Mərkəzi Bankın pulu sonradan ödəyəcəyini qeyd ediblər.

Digər KİV-lərdə fırıldaqçıların 2024-cü il dekabrın 19-da İranda saxlanılan, daha sonra sərbəst buraxılaraq yanvarın 8-də ölkəsinə qayıdan italyan jurnalist Sesiliya Salanın işi əsasında iş adamları ilə danışdıqları bildirilirdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu