Məşhur hökumət başçısının səsini təqlid edərək Tailandın baş nazirini aldatmağa cəhd ediblər
Bütün dünyada sürətlə yayılan telefon fırıldaqları hətta dövlət rəhbərlərini də hədəfə alır. Tailandın baş naziri Paetongtarn Şinavatra məşhur hökumət liderinin səsini təqlid edən süni intellektlə işləyən zəng aldığını açıqlayıb.
Baş nazir Şinavatra fırıldaqçıların süni intellektə malik məşhur bir liderin səsini təqlid etdiklərini ifadə edərək, “Səs çox aydın idi, dərhal tanıdım. Əvvəlcə mənə səs yazısı göndərdilər ki, “necəsən? “Birlikdə işləmək istəyirəm” kimi ifadələrdən istifadə etdilər” deyib.
Amma əsl məqsəd tezliklə bəlli oldu. Eyni nömrədən gələn zəngə cavab verməyən Şinavatra daha sonra yeni səsli məktub alıb. Bu mesajda fırıldaqçılar “ASEAN ölkələri arasında ianə verməyən yeganə sizsiniz” deyərək pul istəyiblər. Şinavatra fırıldaqçılığı o anda hiss etdiyini söyləyib.
Səsi imitasiya edilən rəhbərin kimliyi ilə bağlı məlumat verilməyib.