Süni intellektdə Baydenin səsini alıb seçicilərə zəng etdi: 6 milyon dollar cərimə!


ABŞ-da prezident Baydenin süni intellekt səsi ilə seçicilərə zəng edən şəxsə 6 milyon dollar cərimə kəsilib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, xüsusilə, süni intellektin insanın səsini və imicini reallığa çox yaxın təqlid edə bilməsi bu yeni texnologiyadan zərərli istifadəyə yol açıb.

ABŞ-da süni intellektin səs imitasiyasına görə rekord məbləğdə cərimə kəsilib.

Nyu-Hempşir ştatında yanvar ayında keçirilən praymerizlərdən əvvəl prezident Co Baydenin səsini təqlid edərək süni intellektdən istifadə ilə seçicilərə zəng edən şəxs 6 milyon dollar cərimə olunub.

Siyasi məsləhətçi Stiven Kramer texnologiyadan istifadə edərək saxta şəxsiyyətlər yaratmaqda və seçiciləri aldatmaqda ittiham edilib.

Federal Rabitə Komissiyası Krameri "Zəng edənin Müəyyənləşdirilməsi Aktı"na uyğun olaraq 6 milyon dollar, Kramerin zəngləri etdiyi "Lingo Telecom" şirkətini isə 2 milyon dollar cərimələyib.

Komissiya həmçinin Kramerin Baydenə oxşayan robot zənglərə görə "seçicilərə təzyiq" də daxil olmaqla 13 ittiham üzrə mühakimə olunmasını xahiş edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu