BMT-nin Ukraynadakı orqanlarına qadağa qoyuldu


Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə bağlı vəziyyəti nəzərə alaraq, BMT-nin Ukraynadakı agentlikləri ABŞ-ın maliyyələşdirilməsini nəzərdə tutan hər hansı yeni sənədi imzalamamağı tələb edən daxili bildiriş alıblar.


AFN.az xəbər verir ki, bu barədə məlumatı İspaniyanın “El Pais” qəzeti öz mənbələrə istinadən yayıb.

Qeyd edilir ki, Vaşinqtonun qərarı BMT-nin çoxsaylı layihələrinə təsir edib. Bəzi hallarda, məsələn, insan hüquqlarının müdafiəsi ilə bağlı hallarda maliyyənin 80%-i USAİD-dən gəlirdi. Ukraynadakı bəzi qeyri-hökumət təşkilatları artıq BMT-yə məlumat veriblər ki, işçilərin maaşlarını ödəyə bilməyəcəkləri üçün evlərinə göndəriblər.

Materialda bildirilir ki, BMT-nin Ukraynadakı missiyası hazırda maliyyə problemlərinə baxmayaraq, onları qoruyub saxlamaq üçün hansı layihələrin kritik əhəmiyyət daşıdığını təhlil edir.Qəzetin yazdığı kimi, Amerika yardımının dondurulması xüsusilə mədəniyyət və media sektorlarına təsir edir - bu sektorlardakı 100-dən çox təşkilat resurssuz qalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu