İsrail 90 fələstinli məhbusu azad edib

İsrail HƏMAS hərəkatı ilə Qəzza zolağında saxlanılan girovların azad edilməsi və atəşkəsin tətbiqi ilə bağlı razılaşma çərçivəsində 90 fələstinli məhbusu azad edib.
AFN.az xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzeti məlumat yayıb.
İsrail Həbsxanalar Xidmətinin məlumatına görə, fələstinli məhbuslar yanvarın 19-da azad edilən üç israilli girov müqabilində buraxılıblar.
İsrailin baş naziri Benyamin Netanyahunun ofisi də israilli girovların azad edildiyini təsdiqləyib. Qəzza zolağında 470 gün saxlanılan qadınların adları Romi Gonen (24), Emili Damari (28) və Doron Steinbrecher (31) olub. Onlar İsrail hərbçiləri tərəfindən qarşılanıb və İsrail ərazisinə aparılıb.