İsveç NATO-nun şərq sərhədini gücləndirmək üçün Latviyaya qoşun göndərib


İsveç "Camp Valdemar" hərbi bazasında NATO-nun irəli quru qüvvələrini gücləndirmək üçün Latviyaya 550 əsgər göndərib.



Bu barədə"Swedenherald.com" portalı yazıb.

Hərbçilərin Riqaya iki kolonda - İsveç bayrağı altında və alyansın bayrağı altında daxil olub. Bu, İsveçin NATO müttəfiqi kimi hərbi missiyada ilk iştirakıdır. İsveç hərbi komandanlığı əməliyyata hazırlıqların ötən ilin yayından getdiyini bildirib.

“İsveç qoşunları Riqanın şimal-şərqindəki Adazi şəhərindəki Valdemar düşərgəsində yerləşən NATO qüvvələrinin Latviyadakı bir hissəsini heyətlə təmin etmək üçün hər altı aydan bir Danimarka qoşunları ilə növbələşəcək”, - deyə portal yazıb.

Nəşrin yazdığına görə, NATO hərbi qüvvələrini Baltikyanı ölkələrdən Bolqarıstana qədər şərq sərhədi boyunca, eləcə də Finlandiyada yerləşdirir. İsveçdən başqa Latviya Çoxmillətli Briqadasına 13 ölkə daxildir: Albaniya, Kanada, Çexiya, Danimarka, İslandiya, İtaliya, Latviya, Monteneqro, Şimali Makedoniya, Polşa, Slovakiya, Sloveniya və İspaniya.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu